SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İdman

Neftçi qalib gəldi, amma Avrokuboklarla vidalaşdı

👤 📅 👁 6 baxış ⏱ 1 dəq oxuma
Neftçi qalib gəldi, amma Avrokuboklarla vidalaşdı

"Neftçi" UEFA Konfrans Liqasında səfərdə qalib gəlsə də, turnirlə erkən vidalaşıb.

Xeberhub.com xəbər verir ki, UEFA-nın rəsmi məlumatına görə, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda Azərbaycan təmsilçisi "Neftçi" Belarusun "Dinamo" (Minsk) komandası ilə qarşılaşıb.

Bolqarıstanın Beroe şəhər stadionunda keçirilən görüş "Neftçi"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın yeganə qolunu 13-cü dəqiqədə Breno Almeyda vuraraq Bakı klubuna qələbə qazandırıb.

Bununla belə, "Neftçi" ilk oyunda Bakıda rəqibinə 2:4 hesabı ilə məğlub olduğundan, iki qarşılaşmanın ümumi nəticəsinə əsasən 3:4 hesabı ilə UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.

A

Oxşar Xəbərlər