SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İdman

Orhus – Sabah matçının hakimləri bəlli oldu

👤 📅 👁 4 baxış ⏱ 1 dəq oxuma
Orhus – Sabah matçının hakimləri bəlli oldu

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək "Orhus" (Danimarka) – "Sabah" qarşılaşmasının hakim təyinatları açıqlanıb.

Xeberhub.com xəbər verir ki, UEFA-nın yaydığı məlumata görə, oyunu Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Juan Pineyru olacaq. Ona yan xətt hakimləri Lusiano Maria və Hüqo Markes kömək göstərəcəklər. Dördüncü hakim vəzifəsini isə Fabio Verissimo icra edəcək.

VAR sisteminə Tyaqu Martins nəzarət edəcək, onun köməkçisi (AVAR) funksiyasını isə Andre Narkiso yerinə yetirəcək.

Qeyd edək ki, komandalar arasında ilk qarşılaşma avqustun 5-də Danimarkada keçiriləcək. Cavab oyunu isə avqustun 11-də Bakıda baş tutacaq.

A

Oxşar Xəbərlər