SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İdman

Bu gün Qarabağ, Neftçi və Zirənin oyunlarını hansı kanallar yayımlayacaq?

👤 📅 👁 17 baxış ⏱ 2 dəq oxuma
Bu gün Qarabağ, Neftçi və Zirənin oyunlarını hansı kanallar yayımlayacaq?

Azərbaycanı avrokuboklarda təmsil edən "Qarabağ", "Neftçi" və "Zirə"nin bu gün keçirəcəyi cavab oyunlarının canlı yayımlanacağı telekanallar açıqlanıb.

Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın yaydığı məlumata görə, UEFA Konfrans Liqası və Avropa Liqasında mübarizə aparan Azərbaycan klublarının qarşılaşmaları müxtəlif yerli televiziya kanalları vasitəsilə canlı yayımlanacaq.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Zirə" doğma meydanda Estoniyanın "Payde" komandası ilə üz-üzə gələcək. Bakı vaxtı ilə saat 20:00-da başlayacaq görüş "İdman TV" vasitəsilə canlı yayımlanacaq. İlk qarşılaşmada Estoniya təmsilçisi 1:0 hesablı qələbə qazanmışdı.

"Neftçi" isə Belarusun "Dinamo Minsk" komandası ilə səfərdə qarşılaşacaq. Bakı vaxtı ilə saat 21:00-da start götürəcək oyun İctimai TV-də canlı nümayiş etdiriləcək. Komandalar arasında ilk görüş 4:2 hesabı ilə "Dinamo Minsk"in xeyrinə başa çatmışdı.

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda Azərbaycanı təmsil edən "Qarabağ" Bolqarıstanda "ÇSKA Sofiya"nın qonağı olacaq. Saat 22:00-da başlayacaq qarşılaşma CBC Sport kanalında canlı yayımlanacaq. Tərəflər arasında Bakıda keçirilən ilk oyun qolsuz bərabərliklə yekunlaşmışdı.

A

Oxşar Xəbərlər