SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İdman

DÇ-2026 FIFA-ya rekord qazanc gətirdi

👤 📅 👁 4 baxış ⏱ 1 dəq oxuma
DÇ-2026 FIFA-ya rekord qazanc gətirdi

Xeberhub.com xəbər verir ki, 2026-cı il futbol üzrə dünya çempionatı FIFA üçün maliyyə baxımından rekord nəticə ilə yadda qalıb.

"The Guardian" nəşrinin məlumatına görə, FIFA turnir ərzində 15 milyard dollar gəlir əldə edib. Bu göstərici təşkilatın əvvəlcədən nəzərdə tutduğu təxminən 11 milyard dollarlıq proqnozu xeyli üstələyib.

Məlumata əsasən, gəlirlərin artmasına əsas səbəblərdən biri dünya çempionatı oyunlarına biletlərin satışı və onların təkrar bazarda dövriyyəsi olub. FIFA bu əməliyyatlardan həm bilet alan, həm də satan tərəfdən 15 faiz komissiya əldə edib.

Bundan əlavə, qonaqpərvərlik xidmətləri də turnirin gəlir göstəricilərinin yüksəlməsində mühüm rol oynayıb. Məhz bilet satışı və kommersiya xidmətləri hesabına FIFA-nın yekun qazancı ilkin gözləntiləri əhəmiyyətli dərəcədə geridə qoyub.


A

Oxşar Xəbərlər