SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Kiyevə raket hücumu zamanı Azərbaycanın səfirliyinə ziyan dəyib

👤 📅 👁 6 baxış ⏱ 1 dəq oxuma
Kiyevə raket hücumu zamanı Azərbaycanın səfirliyinə ziyan dəyib

Xeberhub.com xəbər verir ki, Rusiya ordusunun iyulun 19-na keçən gecə Kiyevə həyata keçirdiyi kütləvi raket hücumları zamanı Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasına ziyan dəyib.

AZƏRTAC-ın məlumatına görə, raketlərdən biri səfirlik binasından təxminən 200-250 metr aralıda, "Lukyanovka" metro stansiyasının qarşısına düşüb.

Zərbə nəticəsində səfirliyin binasında şüşələr qırılıb, tavanda çatlar yaranıb. Hadisə zamanı diplomatik nümayəndəliyin əməkdaşları arasında xəsarət alan olmayıb.

Qeyd olunur ki, müharibə başlayandan sonra Kiyevə edilən hava hücumları zamanı Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binası bir neçə dəfə zərər görüb.

A

Oxşar Xəbərlər