SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

ABŞ İrana qarşı yeni zərbələr seriyasını başa çatdırdı

👤 📅 👁 8 baxış ⏱ 2 dəq oxuma
ABŞ İrana qarşı yeni zərbələr seriyasını başa çatdırdı

ABŞ İrana qarşı yeni zərbələr seriyasını başa çatdırdığını açıqlayıb

XeberHub.com Oxu.Az-a istinadən xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı həyata keçirilən növbəti hərbi əməliyyatların başa çatdığını açıqlayıb.

CENTCOM-un "X" sosial şəbəkəsində yaydığı məlumata görə, İrana qarşı axşam zərbələri dalğası ABŞ-nin Şərq sahili vaxtı ilə 15 iyul saat 21:00-da (Bakı vaxtı ilə 16 iyul saat 05:00-da) yekunlaşıb.

Açıqlamada bildirilib ki, əməliyyat zamanı İranın komanda mərkəzləri, hava hücumundan müdafiə sistemləri, raket və pilotsuz uçuş aparatlarının yerləşdiyi mövqelər, eləcə də sahil müşahidə məntəqələri yüksək dəqiqlikli silahlarla hədəfə alınıb.

CENTCOM qeyd edib ki, əməliyyat çərçivəsində Böyük Tunb adasında yerləşən sahil müdafiə sistemləri və qanadlı raket mövqelərinə 90 dəqiqə davam edən zərbələr endirilib. Bundan başqa, hücumların Bəndər-Abbas şəhəri də daxil olmaqla müxtəlif istiqamətlərdə həyata keçirildiyi bildirilib.

ABŞ hərbi komandanlığı iddia edir ki, əməliyyatın məqsədi İranın Hörmüz boğazından keçən beynəlxalq ticarət gəmilərinə qarşı hücum imkanlarını zəiflətmək olub.

Qeyd edək ki, CENTCOM daha əvvəl də ABŞ qüvvələrinin İrana qarşı bir neçə mərhələdən ibarət zərbə əməliyyatlarına başladığını və bu əməliyyatların İranın hərbi infrastrukturunu hədəf aldığını açıqlamışdı. İran tərəfi isə bu məlumatlarla bağlı hələlik geniş rəsmi açıqlama verməyib.

A

Oxşar Xəbərlər