SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Moldovadakı azərbaycanlıların fəaliyyəti güclənir – İdman və siyasətdə yeni uğurlar

👤 📅 👁 4 baxış ⏱ 2 dəq oxuma
Moldovadakı azərbaycanlıların fəaliyyəti güclənir – İdman və siyasətdə yeni uğurlar

Xeberhub.com xəbər verir ki, son illərdə Moldovada yaşayan azərbaycanlı icmasının ictimai, siyasi, iqtisadi və idman sahələrində fəaliyyəti daha da artıb.

Təxminən 5 min nəfərlik Azərbaycan icması paytaxt Kişineu ilə yanaşı, ölkənin müxtəlif bölgələrində də fəal şəkildə təmsil olunur.

Moldova Azərbaycanlıları Konqresinin Şura sədri Ramil Adıgözəlov bildirib ki, azərbaycanlılar təkcə Moldova daxilində deyil, eyni zamanda Rumıniya və digər qonşu ölkələrlə də əlaqələrini genişləndirirlər.

Onun sözlərinə görə, son dövrlərdə Moldovadakı Azərbaycan diasporu daha da güclənib. Həmvətənlərimiz biznes, siyasət, idman və digər istiqamətlərdə uğurlar əldə edirlər.

"Moldovadakı Azərbaycan diasporu çox həmrəy və fəaldır. Buna görə də bizi burada tanıyır və hörmət edirlər", - deyə Ramil Adıgözəlov qeyd edib.

O bildirib ki, Moldovada çalışan azərbaycanlı həkimlər, müəllimlər, sahibkarlar və informasiya texnologiyaları mütəxəssisləri cəmiyyətə mühüm töhfələr verirlər. Gənc azərbaycanlıların müxtəlif siyasi partiyalarda təmsil olunması isə onların ölkənin gələcək ictimai-siyasi həyatında rolunun artacağını göstərir.

Moldovada uğur qazanan azərbaycanlılardan biri də cüdoçu Adil Osmanovdur. O, bu ölkəni təmsil edən və yüksək beynəlxalq nəticə əldə edən azərbaycanlı idmançılardan biridir. Adil Osmanov Olimpiya Oyunlarında bürünc medal qazanıb və əsas məqsədinin qızıl medal əldə etmək olduğunu bildirib.

İdmançı qeyd edib ki, Moldovada cüdo ilə yanaşı, avarçəkmə, boks və taekvondo sahələrində də azərbaycanlı idmançılar fəaliyyət göstərirlər.

"Mən özümü Moldovada evdəki kimi hiss edirəm. Buradakı insanların Azərbaycan, mədəniyyətimiz, mətbəximiz və qonaqpərvərliyimiz haqqında fikirləri çox müsbətdir", - deyə Adil Osmanov bildirib.

A

Oxşar Xəbərlər