Xeberhub.com Oxu.Az-a istinadən xəbər verir ki, "Neftçi" futbol klubunun UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Belarusun "Dinamo" (Minsk) komandası ilə keçirəcəyi ilk qarşılaşmanın biletləri satışa təqdim olunub.
Azərbaycan təmsilçisinin mətbuat xidmətinin məlumatına görə, matç üçün biletlərin qiyməti seçilən sektordan asılı olaraq 5, 8, 12, 35 və 50 manat təşkil edir.
Azarkeşlər biletləri "Neftçi" klubunun mobil tətbiqi vasitəsilə və ya bilet.neftchi.az saytı üzərindən onlayn şəkildə əldə edə bilərlər. Stadion kassalarında bilet satışı isə qarşılaşmanın keçiriləcəyi gün – iyulun 22-də saat 12:00-dan etibarən başlayacaq.
Qeyd edək ki, "Neftçi" – "Dinamo" (Minsk) oyunu UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 22-də "Palms Sports Arena"da saat 20:00-da keçiriləcək. Komandalar arasındakı cavab görüşü isə iyulun 30-da baş tutacaq.
Xəbərin qısa xülasəsi
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Minsk) ilə keçirəcəyi ilk oyunun biletləri satışa çıxarılıb. Qiymətlər 5 manatdan 50 manatadək dəyişir.