SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
İdman

18 yaşlı qolfçu beyin qansızmasından vəfat etdi

👤 📅 👁 7 baxış ⏱ 2 dəq oxuma
18 yaşlı qolfçu beyin qansızmasından vəfat etdi

18 yaşlı qolfçu beyin qansızmasından vəfat edib

18 yaşlı qolfçu Cessika Benq Tailandda beyin qansızması nəticəsində həyatını itirib.

Xeberhub.com xəbər verir ki, bu barədə BBC Avstraliyanın peşəkar qadın qolf turunun (WPGA Tour of Australasia) yaydığı rəsmi açıqlamaya istinadən məlumat yayıb.

Məlumata görə, idmançının avqustun 1-də Tailandda keçiriləcək turnirə hazırlıq zamanı səhhəti qəfil pisləşib. O, təcili olaraq Banqkokdakı xəstəxanalardan birinə çatdırılıb və burada əməliyyat olunub.

Gənc qolfçu təxminən iki həftə reanimasiya şöbəsində müalicə alsa da, avqustun 14-də dünyasını dəyişib. Qolf ictimaiyyəti onun vəfatını böyük itki kimi qiymətləndirib.

Benq 2025-ci ilin sonlarında peşəkar karyerasına başlayıb. O, 2026-cı ilin əvvəlində karyerasının cəmi beşinci peşəkar çıxışında “Ford Women's NSW Open” regional seçmə turnirində qalib gələrək ilk böyük uğurunu qazanıb. Golf Australia həmin turnirdə onun 18 yaşında olduğunu və beşinci peşəkar startında qalib gəldiyini bildirib.

A

Oxşar Xəbərlər