SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İdman

Meksika Prezidenti DÇ-2026 finalına hərbi təyyarə ilə getdi

👤 📅 👁 3 baxış ⏱ 1 dəq oxuma
Meksika Prezidenti DÇ-2026 finalına hərbi təyyarə ilə getdi

Xeberhub.com xəbər verir ki, Meksika Prezidenti Klaudiya Şeynbaum 2026-cı il futbol üzrə dünya çempionatının final qarşılaşmasını izləmək üçün Nyu-Yorka hərbi təyyarə ilə yola düşüb.

Meksika hökumətinin mətbuat xidmətinin "X" sosial şəbəkəsində yaydığı məlumata görə, dövlət başçısının səfərinə səbəb əlverişsiz hava şəraiti və bəzi aviareyslərin ləğv olunması olub.

Bildirilib ki, Şeynbaum ABŞ Prezidenti Donald Trampın dəvəti ilə ABŞ-yə gedir. Final qarşılaşmasını həmçinin Kanadanın Baş naziri Mark Karni də tribunadan izləyəcək.

Qeyd edək ki, dünya çempionatının final oyunu iyulun 19-da ABŞ-nin Nyu-York yaxınlığında yerləşən İst-Razerford şəhərindəki "Metlayf" stadionunda keçiriləcək.

Həlledici qarşılaşmada İspaniya və Argentina milli komandaları dünya çempionluğu uğrunda mübarizə aparacaqlar.


A

Oxşar Xəbərlər

Şərhlər (0)

Şərh yazın