Xeberhub.com xəbər verir ki, Fransa millisinin və Almaniyanın "Bavariya" klubunun futbolçusu Maykl Olise 2026-cı il dünya çempionatında məhsuldar ötürmələr üzrə yeni rekorda imza atıb.
Fransalı vinger İngiltərə millisinə qarşı üçüncülük uğrunda keçirilən qarşılaşmada komanda yoldaşı Kilian Mbappeyə iki assist edib.
Bununla da Olisenin DÇ-2026 turnirindəki məhsuldar ötürmələrinin sayı 7-yə yüksəlib. O, bu göstərici ilə Braziliya futbolunun əfsanəsi Pelenin dünya çempionatlarında bir turnir ərzində etdiyi assist rekordunu geridə qoyub.
Qeyd edək ki, Pele 1970-ci ildə keçirilən dünya çempionatında 6 məhsuldar ötürmə ilə yadda qalmışdı.