SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İdman

Elxan Səmədov yenidən PFL prezidenti seçildi

👤 📅 👁 4 baxış ⏱ 2 dəq oxuma
Elxan Səmədov yenidən PFL prezidenti seçildi

Elxan Səmədov növbəti dörd il müddətinə Peşəkar Futbol Liqasının (PFL) prezidenti seçilib.

Xeberhub.com xəbər verir ki, PFL-in yaydığı məlumata əsasən, bu gün qurumun ümumi yığıncağı keçirilib.

İclasda PFL prezidenti Elxan Səmədov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının İdarə Heyətinin üzvləri, klub nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Hesabatların təqdimatından sonra Peşəkar Futbol Liqasının növbəti dörd il üçün prezident seçkiləri keçirilib. Yeganə namizəd olan Elxan Səmədov səsvermənin nəticələrinə əsasən yekdilliklə yenidən PFL prezidenti seçilib.

Yığıncağın sonunda Peşəkar Futbol Liqasının İdarə Heyətinin yeni tərkibi də səsverməyə çıxarılıb və iştirakçılar tərəfindən yekdilliklə təsdiqlənib.

Növbəti dörd il ərzində PFL-in İdarə Heyəti aşağıdakı şəxslərdən ibarət olacaq:

  • Elxan Səmədov – Prezident
  • Məlik Həsənov – İdman işləri üzrə müşavir
  • Aslan Şahgəldiyev – Vitse-prezident
  • Zaur Hacı-Məhərrəmov – İcraçı direktor
  • Elgiz Abbasov – Texniki-idman direktoru
  • Sənan Abdullayev – Media və marketinq direktoru 
A

Oxşar Xəbərlər