Rəşad Aslanov Azərbaycanın Türkiyədəki yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Xeberhub.com xəbər verir ki, President.az-ın yaydığı məlumata əsasən, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncamlar imzalayıb.
İmzalanan sərəncama əsasən, Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda Malta Respublikası və San Marino Respublikasında fövqəladə və səlahiyyətli səfiri, həmçinin Azərbaycanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Ərzaq Proqramı (WFP) və Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Prezidentin digər sərəncamına əsasən isə Rəşad Aslanov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.