Rəşad Məmmədov Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri çağırılıb və Özbəkistana səfir təyin edilib.
Xeberhub.com xəbər verir ki, President.az-ın yaydığı məlumata əsasən, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncamlar imzalayıb.
Sərəncama əsasən, Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Dövlət başçısının imzaladığı digər sərəncama əsasən isə Rəşad Məmmədov Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.