SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Texnologiya

Space TVnin bank hesablarına 140 min dollardan çox həbs qoyuldu

👤 📅 👁 6 baxış ⏱ 2 dəq oxuma
Space TVnin bank hesablarına 140 min dollardan çox həbs qoyuldu

"Space TV" Müstəqil Televiziya və Radio Şirkətinin bank hesablarına həbs qoyulub.

Xeberhub.com xəbər verir ki, Qaynarinfo-nun yaydığı məlumata görə, Bakı Kommersiya Məhkəməsi "Xalq Bank" ASC-nin müvəqqəti təminat tədbirinin görülməsi ilə bağlı müraciətini qismən təmin edib.

Məhkəmə materiallarına əsasən, 2021-ci ildə "Xalq Bank" tərəfindən "Space TV"yə illik 5 faiz dərəcəsi ilə 60 ay müddətinə 235 min ABŞ dolları həcmində kredit xətti ayrılıb.

Bankın iddiasına görə, kredit öhdəliklərinin vaxtında yerinə yetirilməməsi nəticəsində şirkətin 118 380,87 ABŞ dolları əsas borc, 9 901,62 ABŞ dolları faiz borcu12 030,57 ABŞ dolları cərimə (penya) olmaqla, ümumilikdə 140 313,06 ABŞ dolları məbləğində borcu formalaşıb.

Məhkəmə mümkün qərarın icrasının təmin olunması məqsədilə "Space TV"nin "Xalq Bank" istisna olmaqla, Azərbaycanın digər banklarında olan hesablarına 140 313,06 ABŞ dolları məbləğində həbs qoyulması barədə qərar qəbul edib.

Qərarda vurğulanıb ki, tətbiq olunan həbs tədbiri əməkhaqlarının ödənilməsinə, həmçinin dövlət büdcəsinə vergi, sosial sığorta və digər məcburi ödənişlərin həyata keçirilməsinə mane olmayacaq.

A

Oxşar Xəbərlər