SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Qara dənizdə ABŞ-dən Ukraynaya gedən yük gəmisində partlayış baş verdi

👤 📅 👁 4 baxış ⏱ 2 dəq oxuma
Qara dənizdə ABŞ-dən Ukraynaya gedən yük gəmisində partlayış baş verdi

Qara dənizdə ABŞ-dən Ukraynaya kömür daşıyan yük gəmisində partlayış baş verib.

Xeberhub.com xəbər verir ki, Rumıniyanın Daxili İşlər Nazirliyi yanında Fövqəladə Hallar Departamentinin yaydığı məlumata əsasən, hadisə Liberiya bayrağı altında üzən "Christiana B" adlı quru yük gəmisində qeydə alınıb.

Məlumata görə, gəmi ABŞ-nin Norfolk şəhərindən Ukraynaya kömür daşıyarkən Rumıniyanın xüsusi iqtisadi zonasında, Sfıntu-George limanından təxminən 22 dəniz mili cənub-şərqdə hərəkətdə olarkən partlayış baş verib.

İlkin ehtimallara əsasən, partlayışa dəniz minasının işə düşməsi və ya pilotsuz uçuş aparatının (PUA) hücumu səbəb ola bilər. Hadisənin dəqiq səbəbi araşdırılır.

Gəmi kapitanının verdiyi məlumata görə, insident nəticəsində xəsarət alan olmayıb.

Hadisə yerinə Rumıniyanın Dənizdə İnsan Həyatının Xilas Edilməsi Agentliyinə məxsus "SAR Apollo""SAR Artemis" xilasedici gəmiləri, həmçinin helikopter göndərilib.

Qeyd edək ki, iyulun 21-də də Qara dənizdə, Sfıntu-George sahilləri yaxınlığında Liberiya bayrağı altında üzən və mayeləşdirilmiş qaz daşıyan başqa bir yük gəmisində yanğın baş vermiş, nəticədə üç nəfər xəsarət almışdı. Həmin hadisə ilə bağlı Rumıniya Prezidenti Nikuşor Dan gəminin hücuma məruz qaldığını açıqlamışdı.

A

Oxşar Xəbərlər