SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Səudiyyə koalisiyası Bab-əl-Məndəb boğazında təhlükəsizlik tədbirlərini gücləndirdi

👤 📅 👁 7 baxış ⏱ 3 dəq oxuma
Səudiyyə koalisiyası Bab-əl-Məndəb boğazında təhlükəsizlik tədbirlərini gücləndirdi

Xeberhub.com Oxu.Az-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Bab-əl-Məndəb boğazından keçən ticarət gəmilərinin təhlükəsizliyinin təmin olunmasına başladığını açıqlayıb.

Koalisiyanın sözçüsü Turki əl-Maliki "X" sosial şəbəkəsində paylaşdığı məlumatda husilərdən qaynaqlanan təhlükələrə qarşı sərt tədbirlər görüləcəyini bildirib.

Onun sözlərinə görə, ticarət gəmilərinə qarşı mümkün hücumlar beynəlxalq hüququn kobud şəkildə pozulması və dəniz quldurluğu kimi qiymətləndiriləcək. Əl-Maliki vurğulayıb ki, həyata keçirilən təhlükəsizlik tədbirləri BMT-nin Dəniz Hüququ Konvensiyasının tələblərinə tam uyğundur.

Koalisiya nümayəndəsi husilərin Yəmən limanları və hava limanlarının blokadaya alınması ilə bağlı səsləndirdiyi iddiaları da rədd edib. Bildirilib ki, 2026-cı ilin ilk altı ayı ərzində Hodeyda, Salif və Ras-İsa limanlarına ərzaq, yanacaq, tikinti materialları və digər yüklər daşıyan 300-dən çox ticarət gəmisi daxil olub.

Bab-əl-Məndəb boğazı Qırmızı dənizlə Ədən körfəzini birləşdirən və Körfəz ölkələrindən Avropaya enerji daşımalarında strateji əhəmiyyət daşıyan marşrut hesab edilir. Bu su yolu vasitəsilə dünya üzrə dəniz yolu ilə daşınan neftin təxminən 12 faizi, mayeləşdirilmiş təbii qazın (LNG) isə 8 faizi nəql olunur.

Xatırladaq ki, iyulun 16-da İranın husilərə Qırmızı dənizin mümkün blokadasına hazırlaşmağı tövsiyə etdiyi bildirilmişdi. Bundan sonra hərəkatın Bab-əl-Məndəb boğazı ətrafında pilotsuz uçuş aparatları və raket sistemləri yerləşdirdiyi açıqlanıb.

İyulun 20-də isə husilər Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası tətbiq etdiklərini bəyan edərək bunu Yəmənin nəzarətlərində olan ərazilərinə tətbiq edilən məhdudiyyətlərə cavab kimi qiymətləndiriblər. Bundan əvvəl Səna hava limanına endirilən zərbələrdən sonra üsyançılar Səudiyyənin Abha şəhərindəki hava limanını hədəfə almışdılar. Bu hadisələrin 2022-ci ildən qüvvədə olan qeyri-rəsmi atəşkəs rejimini pozduğu bildirilir.

A

Oxşar Xəbərlər