Xeberhub.com xəbər verir ki, AZƏRTAC-ın yaydığı məlumata görə, iyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Qırğız Respublikasının Prezidenti Sadır Japarov arasında təkbətək görüş keçirilib.
Dövlət səfəri çərçivəsində baş tutan görüşdə iki ölkə arasında münasibətlərin mövcud vəziyyəti və qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunması nəzərdə tutulur.