SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Fridrix Merts: Azərbaycan Almaniya üçün mühüm rol oynayır

👤 📅 👁 10 baxış ⏱ 1 dəq oxuma
Fridrix Merts: Azərbaycan Almaniya üçün mühüm rol oynayır

Xeberhub.com AZƏRTAC-a istinadən xəbər verir ki, Almaniyanın Federal Kansleri Fridrix Merts Azərbaycanla münasibətlərin Almaniya üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

Fridrix Merts Prezident İlham Əliyevlə keçirilən birgə mətbuat konfransında qeyd edib ki, Azərbaycan həm siyasi, həm də iqtisadi baxımdan Almaniya üçün önəmli tərəfdaşdır və ölkə böyük perspektivlər təqdim edir.

Kansler Azərbaycan Prezidenti ilə enerji sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıqlarını vurğulayıb. O bildirib ki, Azərbaycan tərəfindən Almaniyaya daha böyük həcmdə qaz tədarükü üçün imkanların yaradılması yüksək qiymətləndirilir.

Fridrix Merts İlham Əliyevə bu istiqamətdə əməkdaşlığa görə təşəkkürünü ifadə edib və qeyd edib ki, enerji sahəsində razılaşmalar həmin gün imzalanan Birgə Bəyannamədə də öz əksini tapıb.

A

Oxşar Xəbərlər