SON DƏQİQƏ İraqda silahlı qruplaşmaların mümkün hücum planı ilə bağlı iddia
İqtisadiyyat

Tramp Pit Haqsetlə bağlı yayılan iddialara cavab verdi

👤 📅 👁 0 baxış ⏱ 2 dəq oxuma
Tramp Pit Haqsetlə bağlı yayılan iddialara cavab verdi

Xeberhub.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Pit Haqsetdən raket çatışmazlığı ilə bağlı izahat tələb etdiyi barədə yayılan iddiaları təkzib edib.

Donald Tramp bununla bağlı "Truth Social" platformasında paylaşım edərək xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

ABŞ Prezidenti paylaşımında müdafiə naziri Pit Haqsetin fəaliyyətini yüksək qiymətləndirib. O, Haqsetin Venesuela Prezidenti Nikolas Maduroya qarşı həyata keçirilən əməliyyatlarda və İrana yönəlik hərbi əməliyyatlarda göstərdiyi fəaliyyətə xüsusi toxunub.

Trampın sözlərinə görə, Pit Haqset ABŞ ordusunda böyük nüfuza malikdir və rəhbərliyi dövründə bir sıra mühüm nəticələr əldə olunub.

Ağ Ev rəhbəri bildirib ki, müdafiə nazirinin rəhbərliyi altında müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) siyasətinin ləğvi istiqamətində addımlar atılıb, eyni zamanda hərbi xidmətə cəlb olunanların sayı rekord səviyyəyə yüksəlib.

Donald Tramp paylaşımında Pit Haqsetə dəstəyini ifadə edərək onun fəaliyyətinə dair səsləndirilən tənqidlərlə razılaşmadığını vurğulayıb.

A

Oxşar Xəbərlər