SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

22 mindən çox şəxsə proaktiv qaydada pensiya təyin olunub

👤 📅 👁 12 baxış ⏱ 1 dəq oxuma
22 mindən çox şəxsə proaktiv qaydada pensiya təyin olunub

Xeberhub.com xəbər verir ki, bu ilin ilk altı ayında 22 690 nəfərə yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya proaktiv qaydada təyin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına əsasən, pensiya təyin olunan şəxslərin 54,53 faizini kişilər, 45,47 faizini isə qadınlar təşkil edib.

Bildirilib ki, pensiyalar vətəndaşların müraciətinə ehtiyac olmadan proaktiv mexanizm vasitəsilə rəsmiləşdirilib.

Oxşar Xəbərlər