Xeberhub.com xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin direktorunun müşaviri Bora Bayraktar və Anadolu Agentliyinin vitse-prezidenti, baş redaktoru Yusuf Özhanla görüş keçirib.
Görüş zamanı qonaqlar Şuşa Qlobal Media Forumuna dəvət və tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini ifadə ediblər.
Hikmət Hacıyev Azərbaycan və Türkiyə arasında media sahəsində əməkdaşlıq platformasının əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə həyata keçirilən fəaliyyət və gələcək əməkdaşlıq imkanlarından bəhs edib.
Tərəflər dezinformasiyaya qarşı birgə mübarizə, süni intellekt texnologiyalarının media sahəsində tətbiqi, Türk Dövlətləri Təşkilatı çərçivəsində koordinasiya və ortaq media layihələrinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.