SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

İran-Ukrayna gərginliyi: Tehran Kiyevə cavab zərbəsi planlaşdırıb

👤 📅 👁 9 baxış ⏱ 2 dəq oxuma
İran-Ukrayna gərginliyi: Tehran Kiyevə cavab zərbəsi planlaşdırıb

İranın Ukraynaya mümkün cavab zərbəsi diplomatik səylərlə dayandırılıb

İranın Ukraynadakı dəniz limanlarından birinə cavab zərbəsi endirmə ehtimalı diplomatik təmaslardan sonra aradan qalxıb.

Xeberhub.com xəbər verir ki, bu barədə "The New York Times" İran və Qərb diplomatlarına istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Tehran İran gəmisinə edilən hücuma cavab olaraq Ukrayna ərazisinə simvolik xarakterli zərbə endirməyi nəzərdən keçirib. Kəşfiyyat məlumatlarına əsasən, İranın planında Ukraynaya məhdud zərər vurmaq məqsədilə ballistik raketdən istifadə ehtimalı olub. Mümkün hədəflər sırasında ölkənin Qara dəniz sahilində yerləşən limanlarından biri göstərilib.

Diplomatların fikrincə, belə bir addım İran və Ukrayna arasında daha geniş qarşıdurmaya səbəb ola, həmçinin regionda gərginliyi artıra bilərdi.

Məlumata görə, İran rəsmiləri cavab tədbirindən sonra məsələnin bağlanacağını düşünsələr də, Qərb nümayəndələri Kiyevin buna verəcəyi reaksiyanın əvvəlcədən proqnozlaşdırılmasının çətin olduğunu bildiriblər.

İranın xarici işlər naziri Abbas Əraqçi ukraynalı həmkarı Andrey Sibiqa ilə telefon danışığı zamanı tərəflərin gərginliyin daha da artmasında maraqlı olmadığını qeyd edib. Bununla yanaşı, Əraqçi baş verən hadisələri qəbuledilməz adlandıraraq, vurduğu zərərin ödənilməli olduğunu bildirib.

Ukraynanın xarici işlər naziri isə İran tərəfi ilə danışıq zamanı istənilən eskalasiya addımından yayınmağa çağırıb və Kiyevin mülki gəmiləri hədəfə almadığını vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Tehran Ukraynanı İran gəmisinə hücum etməkdə və bir dənizçinin ölümündə ittiham edib. Hadisə ilə bağlı Ukraynanın diplomatik nümayəndəsi İran Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.

A

Oxşar Xəbərlər