AAYDA-ya məxsus "Körpülərin İstismarı və Təmiri Müəssisəsi" MMC ləğv edilir
XeberHub.com xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində dərc olunan məlumata əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyində fəaliyyət göstərən "Körpülərin İstismarı və Təmiri Müəssisəsi" MMC ləğv olunduğunu elan edib.
Məlumata görə, şirkətin kreditorları tələblərini iki ay ərzində Xırdalan şəhəri, Abşeron rayonu, 31-ci məhəllə, istehsalat bazası ünvanına təqdim edə bilərlər.
Qeyd edək ki, "Körpülərin İstismarı və Təmiri Müəssisəsi" MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Müəssisənin nizamnamə kapitalı 20 manat təşkil edir.