Reuters: İran husilərə dəstək üçün Yəmənə SEPAH komandirləri və hərbi texnika göndərib
XeberHub.com xəbər verir ki, Reuters agentliyinin mənbələrə istinadən yaydığı məlumata görə, İran "Ənsar Allah" (Husi) hərəkatına dəstək məqsədilə Yəmənə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərini, hərbi məsləhətçilərini, eləcə də raket və pilotsuz uçuş aparatları ilə bağlı avadanlıqlar göndərib.
Məlumata əsasən, hərbi personal və texnikanın daşınması iyulun 13-də həyata keçirilib. İlkin plana görə, təyyarə husilərin nəzarətində olan Səna şəhərinə enməli idi. Lakin Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən hökumətinin Səna hava limanına endirdiyi zərbələrdən sonra marşrut dəyişdirilərək Hudeyda liman şəhərinə istiqamətləndirilib.
Agentliyin məlumatında qeyd olunur ki, Tehranın husilərə göstərdiyi hərbi dəstək İranın Qırmızı dənizdə gəmiçiliyə təsir imkanlarını artırmaq niyyətindən xəbər verir.
Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp husilərə xəbərdarlıq edərək bildirmişdi ki, əgər hərəkat Səudiyyə Ərəbistanına məxsus gəmilərə hücumları dayandırmasa, Vaşinqton baş verənlərə görə İranı məsuliyyət daşıyan tərəf hesab edəcək və buna uyğun cavab verəcək.