SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

SEPAH: Dörd gəmi Hörmüz boğazını keçməyə cəhd etdi, iki gəmidə qəza oldu

👤 📅 👁 5 baxış ⏱ 1 dəq oxuma
SEPAH: Dörd gəmi Hörmüz boğazını keçməyə cəhd etdi, iki gəmidə qəza oldu

Xeberhub.com xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bir neçə gəminin İranla razılaşdırmadan Hörmüz boğazını keçməyə cəhd etdiyini açıqlayıb.

Məlumata görə, hadisə iyulun 19-da baş verib. SEPAH bildirib ki, dörd gəmi "təhlükəli marşrutla" hərəkət edib.

Açıqlamada qeyd olunur ki, gəmilərdən ikisində "qəza hadisələri" baş verib, digər iki gəmi isə istiqamətini dəyişərək Hörmüz boğazından keçmək cəhdindən imtina edib.

SEPAH-ın iddiasına əsasən, həmin gəmilərin hamısı naviqasiya sistemləri söndürülmüş vəziyyətdə hərəkət edib və ABŞ tərəfi ilə koordinasiya qurub.

Hadisə ilə bağlı əlavə məlumat verilməyib.


A

Oxşar Xəbərlər