Xeberhub.com xəbər verir ki, İsmayıllı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər həyatını itirib.
Hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, qəza paytaxt sakini 23 yaşlı Nihad Allahverənovun idarə etdiyi "Honda" markalı motosikletlə Qəbələ rayon sakini **38 yaşlı İsa Rzayevin idarə etdiyi "Opel" markalı avtomobilin toqquşması nəticəsində baş verib.
Toqquşma zamanı hər iki sürücü, eləcə də "Opel" markalı avtomobildə olan qadın sərnişin hadisə yerində dünyasını dəyişib. Həlak olan qadın sərnişinin şəxsiyyəti müəyyənləşdirilir.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qəza zamanı motosiklet sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb. FHN-in yanğınsöndürən-xilasediciləri xüsusi vasitələrin köməyi ilə onun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, faktla bağlı cinayət işi başlanılıb və araşdırmalar davam etdirilir.