SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Digər

Bakıda bu küçədə hərəkət istiqaməti dəyişdirilir – Sürücülərə XƏBƏRDARLIQ

👤 📅 👁 8 baxış ⏱ 3 dəq oxuma
Bakıda bu küçədə hərəkət istiqaməti dəyişdirilir – Sürücülərə XƏBƏRDARLIQ

Bakıda nəqliyyatın hərəkətinin optimallaşdırılması məqsədilə daha bir küçədə hərəkət istiqaməti dəyişdiriləcək.

Xeberhub.com xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yaydığı məlumata görə, iyulun 16-dan etibarən paytaxtın Əbdüləzəl Dəmirçizadə küçəsində avtomobillərin hərəkət istiqaməti əksinə təşkil olunacaq.

Məlumata əsasən, dəyişiklik Nəqliyyatı Əlaqələndirmə Şurasının təsdiqlədiyi layihə çərçivəsində həyata keçirilir və daha əvvəl Koroğlu Rəhimov küçəsi ilə Xətai prospektində tətbiq olunan nəqliyyat həllərinin davamı hesab olunur.

Yeni hərəkət sxeminə görə, Təbriz küçəsindən Heydər Əliyev prospekti istiqamətində irəliləyən nəqliyyat vasitələri əvvəlki marşrutdan istifadə edə bilməyəcək. Sürücülər hərəkətlərini yalnız Koroğlu RəhimovƏhməd bəy Ağaoğlu küçələri vasitəsilə davam etdirəcəklər.

AYNA bildirir ki, dəyişiklik nəticəsində Xətai prospekti ilə Əbdüləzəl Dəmirçizadə küçəsinin kəsişməsində işıqforun fazalarının sayı 3-dən 2-yə endiriləcək. Bunun sayəsində nəqliyyat vasitələrinin orta gözləmə müddəti təxminən 40 saniyə azalacaq, yol qovşağının buraxılış qabiliyyəti yüksələcək. Layihənin xüsusilə Koroğlu Rəhimov küçəsi, Xətai prospekti, Yusif Səfərov küçəsi və Heydər Əliyev prospektində hərəkətə müsbət təsir göstərəcəyi gözlənilir.

Layihə çərçivəsində yeni avtobus zolağı da yaradılacaq. Bu zolaq ümumi nəqliyyat axınına mane olmadan avtobusların sağa – Elm və Təhsil Nazirliyi istiqamətində hərəkətini təmin edəcək.

Qeyd olunub ki, Dəmirçizadə küçəsində mövcud parklanma yerləri olduğu kimi saxlanılacaq.

AYNA-nın məlumatına görə, bu dəyişiklik "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində nəzərdə tutulan Əhməd bəy Ağaoğlu və Yusif Səfərov küçələrini birləşdirəcək tunelin tikintisinə qədər tətbiq ediləcək müvəqqəti həll hesab olunur.

A

Oxşar Xəbərlər

Şərhlər (0)

Şərh yazın