Xeberhub.com Oxu.Az-a istinadən xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondu (DSMF) iyulun 22-də respublika üzrə pensiyaların tam şəkildə ödənilməsini başa çatdıracaq.
Fondun yaydığı məlumata görə, həmin tarixdə bütün pensiya ödənişlərinin yekunlaşdırılması planlaşdırılır.
Eyni zamanda, güzəştli şərtlərlə pensiya almaq hüququ olan vətəndaşların da ödənişləri iyulun 22-də onların hesablarına köçürüləcək.