Xeberhub.com xəbər verir ki, Bakı şəhərinin Qaradağ rayonunda, Sahil qəsəbəsi ərazisində dənizdə nəzarətsiz sahədə bir nəfər batma təhlükəsi ilə üzləşib.
Hadisə ilə bağlı məlumat Fövqəladə Hallar Nazirliyindən daxil olub. Məlumata əsasən, təhlükə barədə məlumat alan kimi FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə göndərilib.
Xilasetmə qrupu tərəfindən aparılan çevik əməliyyat nəticəsində 1957-ci il təvəllüdlü Sadiq Qubad oğlu Quliyev dənizdən çıxarılaraq təhlükəsiz əraziyə çatdırılıb. Hadisə zamanı dalğıc-xilasedicilərin operativ müdaxiləsi nəticəsində vətəndaşın həyatı xilas edilib.