Aktrisa Türkan Murad sosial şəbəkələrdə müzakirələrə səbəb olan reklam çarxı ilə bağlı ünvanına səsləndirilən tənqidlərə münasibət bildirib.
Xeberhub.com xəbər verir ki, Axşam.az-ın yaydığı məlumata görə, Taleh Yüzbəyovun rol aldığı reklam çarxında estetik əməliyyat keçirmiş qadın obrazını canlandıran aktrisa bunun sadəcə aktyor işi olduğunu vurğulayıb.
Türkan Murad paylaşımında əvvəlcə ona dəstək verən hər kəsə təşəkkür edib, daha sonra isə tənqidlərə cavab verərək bunları deyib:
"İlk növbədə təbriklərə görə hər kəsə təşəkkür edirəm. Məni qınayanlara isə demək istəyirəm ki, bu, sadəcə canlandırdığım bir obrazdır. Əgər hər hansı kompleksim olsaydı, bu reklama çəkilməzdim. Rahat olun."
Xatırladaq ki, aktyor Taleh Yüzbəyovun çəkildiyi reklam çarxında qadınların estetik əməliyyatlara münasibətinin satirik formada təqdim edilməsi sosial şəbəkələrdə geniş müzakirələrə və müxtəlif reaksiyalara səbəb olmuşdu.