Ağdam rayonunun Papravənd və Maqsudlu kəndləri ərazisində açıq sahədə baş verən yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
XeberHub.com xəbər verir ki, AZƏRTAC-ın yaydığı məlumata görə, yanğınla mübarizə üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdam, Tərtər və Ağdərə bölmələrinin əməkdaşları və xüsusi texnikaları cəlb olunub.
Məlumata əsasən, ərazinin bir hissəsinin mina təhlükəsi daşıması yanğının söndürülməsi işlərini çətinləşdirən əsas amillərdən biridir.
Hazırda yanğının lokallaşdırılması və tam söndürülməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.