SON DƏQİQƏ Səbaildəki binada baş verən yanğın tam söndürüldü
Digər

Tovuzda fermada silahlı insident: Qadın qətlə yetirildi

👤 📅 👁 4 baxış ⏱ 1 dəq oxuma
Tovuzda fermada silahlı insident: Qadın qətlə yetirildi

Tovuzda fermada silahlı insident: Qadın güllələnərək öldürüldü

Tovuz rayonunda ölümlə nəticələnən silahlı hadisə baş verib.

Xeberhub.com xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndində yerləşən fermalardan birində qeydə alınıb.

İlkin məlumata görə, 1997-ci il təvəllüdlü Ülvü İsayev ov tüfəngi ilə 1961-ci il təvəllüdlü bibisi Məlahət İsayevaya atəş açıb. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Hadisədən sonra əraziyə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırmalara başlanılıb.

Hadisənin başvermə səbəbləri və digər təfərrüatlar hüquq-mühafizə orqanlarının araşdırmalarından sonra məlum olacaq.

A

Oxşar Xəbərlər