SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Digər

DİN-dən uşağa qarşı zorakılıq iddiaları ilə bağlı AÇIQLAMA

👤 📅 👁 6 baxış ⏱ 2 dəq oxuma
DİN-dən uşağa qarşı zorakılıq iddiaları ilə bağlı AÇIQLAMA

Sosial şəbəkələrdə narkotik aludəçisi olduğu bildirilən ananın övladına qarşı zorakılıq tətbiq etməsi ilə bağlı yayılan iddialar araşdırılır.

XeberHub.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin açıqlamasına görə, məsələ ilə bağlı aidiyyəti üzrə polis orqanlarında araşdırmalara başlanılıb.

Bildirilib ki, ilkin tədbirlər çərçivəsində uşaq tibbi müayinədən keçirilməsi və təhlükəsiz sığınacaqla təmin olunması məqsədilə polis əməkdaşlarının müşayiəti ilə xəstəxanaya yerləşdirilib.

Sosial şəbəkələrdə yayılan məlumatlarda yeniyetmənin uzun müddət anası tərəfindən zəncirlənmiş vəziyyətdə saxlanıldığı və təhsildən uzaqlaşdırıldığı iddia olunur.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, fakt üzrə ərazi polis idarəsində araşdırma aparılır.

Qeyd olunub ki, ananın narkoloji və psixoloji vəziyyətinin qiymətləndirilməsi istiqamətində də müvafiq tədbirlər görülür. Araşdırmanın nəticələrindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.

A

Oxşar Xəbərlər