Xeberhub.com "Türkiye" qəzetinə istinadən xəbər verir ki, Türkiyədə tanınmış sosial media fenomeni Fatma Soydaş barəsində saxlanılma qərarı verilib.
Ankara Prokurorluğunun yaydığı açıqlamada bildirilib ki, Fatma Soydaş sosial şəbəkələrdə paylaşdığı məzmunlara görə "əhalinin bir hissəsinin dini dəyərlərini açıq şəkildə təhqir etmək" ittihamı ilə araşdırılır.
Jurnalist Burak Doğanın paylaşdığı məlumata əsasən, fenomenin sosial media hesablarına girişin məhdudlaşdırılması ilə bağlı da qərar qəbul olunub.