Bakıda fəaliyyət göstərən M8 nömrəli müntəzəm avtobus marşrutunun hərəkət sxemində dəyişiklik ediləcək.
Xeberhub.com xəbər verir ki, Milli.Az-ın yaydığı məlumata görə, dəyişiklik iyulun 16-dan etibarən qüvvəyə minəcək.
Yeni hərəkət sxeminə əsasən, M8 marşrutu Maştağa qəsəbəsi istiqamətində hərəkət edərkən Əhməd Rəcəbli küçəsi, Təbriz küçəsi, Ağa Nemətulla küçəsi, Heydər Əliyev prospektinin kənar yolu, Mirzə Qədim İrəvani küçəsi, Xətai prospekti və yenidən Heydər Əliyev prospektinin kənar yolu üzrə hərəkət edəcək.
Bildirilib ki, avtobus göstərilən istiqaməti keçdikdən sonra marşrut üzrə hərəkətini əvvəlki sxemə uyğun davam etdirəcək.