SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
Digər

Hövsanda mağazanın tavanı uçdu, qadın dağıntılar altında qaldı

👤 📅 👁 6 baxış ⏱ 2 dəq oxuma
Hövsanda mağazanın tavanı uçdu, qadın dağıntılar altında qaldı

Hövsanda mağazanın tavanı uçdu: qadın dağıntılar altından xilas edildi

Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində mağazanın tavanının uçması nəticəsində bir nəfər dağıntılar altında qalıb.

Xeberhub.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə barədə məlumat daxil olduqdan sonra FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin əməkdaşları dərhal əraziyə cəlb olunublar.

Hadisə yerində vəziyyət qiymətləndirilərkən mağazanın tavanının uçması nəticəsində 1989-cu il təvəllüdlü Gülnar Məhəmməd qızı Miriyevanın müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və dağıntılar altında qaldığı müəyyən edilib.

Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə qadını dağıntılar altından çıxarıb və təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisənin səbəbləri ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

A

Oxşar Xəbərlər