SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Digər

Azərsilah poliqonunda sınaq zamanı yanğın baş verdi

👤 📅 👁 12 baxış ⏱ 1 dəq oxuma
Azərsilah poliqonunda sınaq zamanı yanğın baş verdi

Xeberhub.com xəbər verir ki, ötən gün axşam saatlarında Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-yə məxsus poliqonlardan birində sınaqlar zamanı yanğın baş verib.

Müdafiə Sənayesi Nazirliyinin məlumatına görə, hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğını qısa müddətdə nəzarətə alaraq söndürüblər.

Bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Hazırda yanğının başvermə səbəbləri və digər detallarla bağlı araşdırma aparılır.

A

Oxşar Xəbərlər