Xəbər
Xeberhub.com xəbər verir ki, iyulun 19-u saat 11:00-a olan hava şəraiti ilə bağlı faktiki məlumat açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkənin əksər rayonlarında hava əsasən yağmursuz keçib. Lakin bəzi dağlıq və dağətəyi ərazilərdə arabir şimşək çaxıb, leysan xarakterli intensiv yağış yağıb.
Məlumata əsasən, yağıntının miqdarı Ağstafada 15 mm, Balakəndə 11 mm, Zaqatalada 8 mm, Qax rayonunun Sarıbaş kəndində 7 mm, Gədəbəydə 6 mm, Tovuz və Ceyrançöldə 2 mm, Göygöl, Daşkəsən, Şəmkir, Şəki, Qusar və Şahdağda isə 1 mm təşkil edib.
Bakıda və Abşeron yarımadasında isə şimal-qərb küləyi müşahidə olunur. Küləyin maksimal sürəti 20 m/s-ə çatıb.