VK və "Maks" tətbiqləri "Google Play" mağazasından silindi
Xeberhub.com xəbər verir ki, VK şirkətinə məxsus "Maks" milli messenceri və digər VK tətbiqləri artıq "Google Play" platformasında yükləmək üçün mövcud deyil.
Şirkətin açıqlamasına əsasən, bu tətbiqlər əvvəlcədən cihazlara quraşdırılıbsa, istifadəçilər onları heç bir problem olmadan əvvəlki qaydada işlətməyə davam edə biləcəklər.
Məlumata görə, "Android" əməliyyat sistemindən istifadə edən şəxslər proqramları alternativ tətbiq mağazaları vasitəsilə əldə edə bilərlər. Tətbiqlərin "RuStore", "Huawei AppGallery", "Samsung Galaxy Store", "Xiaomi GetApps" və digər platformalardan yüklənməsi mümkündür.
VK şirkəti həmçinin bildirib ki, tətbiqlərin yenilənməsi də alternativ mağazalar üzərindən normal şəkildə davam etdiriləcək.
Bundan əlavə, "Android" cihazlarında "Maks" və VK xidmətlərindən istifadə edən şəxslər mesajlar, zənglər və digər fəaliyyətlərlə bağlı "push" bildirişlərini almağa davam edəcəklər.