"Qarabağ" - "Vestri" matçının canlı yayımı ilə bağlı qeyri-müəyyənlik yarandı
Xeberhub.com xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının I təsnifat mərhələsində İslandiyanın "Vestri" klubu ilə keçirəcəyi cavab qarşılaşmasının Azərbaycanda canlı yayımlanması hələ də dəqiqləşməyib.
Məlumata görə, yayım məsələsində yaranan əsas problem İslandiya klubunun "CBC Sport" kanalından yüksək ödəniş tələb etməsi və əlavə şərtlər irəli sürməsidir.
"CBC Sport" tərəfindən verilən məlumata əsasən, tərəflər arasında danışıqlar davam edir. Lakin hazırda "Vestri" klubunun təqdim etdiyi tələblər nə yayımçı kanal, nə də "Qarabağ" rəhbərliyi tərəfindən qəbul edilmir.
Qeyd edək ki, "Vestri" - "Qarabağ" qarşılaşması bu gecə saat 00:00-da baş tutacaq. Komandalar arasında Bakıda keçirilən ilk oyunda Ağdam təmsilçisi rəqibinə 3:0 hesabı ilə qalib gəlib.