Xeberhub.com xəbər verir ki, Ağstafa rayonunun Dağ Kəsəmən kəndində sel hadisəsi baş verib.
Məlumata görə, güclü yağışlardan sonra yaranan sel kənd ərazisində bir sıra çətinliklərə səbəb olub. Sel suları bəzi yolları basıb və avtomobillərin hərəkətində maneələr yaradıb.
Bundan əlavə, sel suları bir sıra sakinlərin həyətyanı sahələrinə dolub.
Hazırda ərazidə vəziyyətlə bağlı tədbirlərin görülüb-görülmədiyi və dəymiş ziyanın həcmi dəqiqləşdirilir.