SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
Digər

Mərdəkan qəsəbəsində 9 avtobusun marşrutu dəyişdirildi

👤 📅 👁 14 baxış ⏱ 1 dəq oxuma
Mərdəkan qəsəbəsində 9 avtobusun marşrutu dəyişdirildi

Mərdəkan qəsəbəsində bir sıra avtobus marşrutlarının hərəkət istiqaməti dəyişdirildi

Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində aparılan təmir işləri səbəbindən nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulub.

Xeberhub.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət paytaxtın Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsində aidiyyəti qurum tərəfindən həyata keçirilən təmir işləri ilə əlaqədardır.

Məhdudiyyət səbəbindən 112, 140, 140E, 141, 144, 146, 182, 340 və 446 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ istiqamətlər üzrə təşkil edilib.

Sözügedən avtobuslar Mərdəkan-Qala şosesi, 28 May, Dəmiryolçular, Xəzri və Baba Əliyev küçələrindən istifadə etməklə hərəkət edəcək.

A

Oxşar Xəbərlər