Şəki rayonunda baş verən yol-nəqliyyat hadisəsi bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnib.
XeberHub.com xəbər verir ki, Oxu.Az-ın yaydığı məlumata görə, hadisə iyulun 25-də saat 22:00 radələrində rayonun Baş Göynük kəndində qeydə alınıb.
Məlumata əsasən, rayon sakini Fərhad Qürbətlinin idarə etdiyi "Mercedes" markalı avtomobil hərəkətdə olarkən yolu keçən piyadalar – 24 yaşlı Mahir Teyibov və 28 yaşlı Şahin Tahirovu vurub.
Qəza nəticəsində Mahir Teyibov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində həyatını itirib. Digər piyada Şahin Tahirov isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı cinayət işi başlanılıb, hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.