SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Dünya

Cənubi Çin dənizində batan gəmidən 39 nəfər xilas edildi

👤 📅 👁 7 baxış ⏱ 1 dəq oxuma
Cənubi Çin dənizində batan gəmidən 39 nəfər xilas edildi

Cənubi Çin dənizində qəzaya uğrayan Vyetnam gəmisinin heyət üzvlərinin xilas edilməsi istiqamətində əməliyyatlar davam edir.

XeberHub.com xəbər verir ki, "Xinhua" agentliyinin yaydığı məlumata görə, Çin xilasediciləri batan Vyetnam gəmisinin 39 heyət üzvünün xilas olunmasına kömək göstəriblər.

Məlumata əsasən, iyulun 24-nə keçən gecə KHOI NGUYEN18 adlı gəmi Cənubi Çin dənizində qəzaya uğrayaraq batıb. Gəminin göyərtəsində ümumilikdə 62 nəfər olub.

Bildirilir ki, heyətin bir hissəsi xilasetmə bərələri vasitəsilə Nanşa (Spratli) adalarının akvatoriyasına çatmağı bacarıb.

Hazırda daha 23 dənizçi itkin düşmüş hesab olunur. Xilasedici qruplar onların tapılması üçün axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.

A

Oxşar Xəbərlər