SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Qəza

Naxçıvanda təcili yardım avtomobili qəzaya düşərək aşdı

👤 📅 👁 5 baxış ⏱ 1 dəq oxuma
Naxçıvanda təcili yardım avtomobili qəzaya düşərək aşdı

Naxçıvan şəhərində təcili tibbi yardım avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

XeberHub.com xəbər verir ki, Oxu.Az-ın yaydığı məlumata görə, qəza şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.

Məlumata əsasən, "Mercedes" markalı təcili tibbi yardım avtomobili ilə "Chery" markalı minik avtomobili toqquşub. Toqquşmanın təsirindən təcili tibbi yardım avtomobili aşıb.

Hadisə nəticəsində təcili tibbi yardım avtomobilində olan üç nəfər, eləcə də digər nəqliyyat vasitəsinin sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıblar.

Qəza yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

A

Oxşar Xəbərlər