Xəzər dənizində 3.2 maqnitudalı zəlzələ qeydə alınıb.
XeberHub.com xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, yeraltı təkan yerli vaxtla saat 03:04-də baş verib.
Mərkəzin məlumatına əsasən, zəlzələnin maqnitudası 3.2 təşkil edib.
Bildirilib ki, yeraltı təkanın ocağı 20 kilometr dərinlikdə yerləşib.
Zəlzələ ilə bağlı dağıntı və ya xəsarət alanlar barədə hər hansı məlumat açıqlanmayıb.