SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Mədəniyyət

Con Kyusak kinonu qrafik romanlarla əvəz etdi

👤 📅 👁 6 baxış ⏱ 2 dəq oxuma
Con Kyusak kinonu qrafik romanlarla əvəz etdi

Hollivudun tanınmış aktyoru Con Kyusak karyerasında yeni mərhələyə qədəm qoyduğunu və diqqətini qrafik romanların yazılmasına yönəltdiyini açıqlayıb.

XeberHub.com xəbər verir ki, "Variety" nəşrinə danışan aktyorun sözlərinə görə, qrafik roman janrı ona hər zaman kinoya ən yaxın yaradıcı platforma kimi görünüb.

Kyusak bildirib ki, ilk qrafik romanı olan "Momo" rəssam İqnasio Noe ilə birgə hazırlanıb. Elmi-fantastik süjetə malik əsərdə 1970-ci illərdə kosmosda macəra yaşayan iki qaçağın hekayəsi təqdim olunur.

60 yaşlı aktyor qeyd edib ki, qrafik roman yazmağa üstünlük verməsinin əsas səbəbi yaradıcı sərbəstlikdir. Onun fikrincə, böyük büdcəli filmlərdə maliyyəçilər və prodüserlər layihənin gedişinə ciddi təsir göstərir və müəllifin ideyalarına müdaxilə edirlər.

Con Kyusak əlavə edib ki, "Momo" üzərində işləyərkən yazdığı mətnlər redaktə olunmayıb, həmçinin rəssam İqnasio Noenin hazırladığı illüstrasiyalara da heç bir müdaxilə edilməyib.

A

Oxşar Xəbərlər

Şərhlər (0)

Şərh yazın