SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
Mədəniyyət

Çingiz Əlioğlu ilə “Təzə Pir” məscidində vida mərasimi keçirildi

👤 📅 👁 8 baxış ⏱ 2 dəq oxuma
Çingiz Əlioğlu ilə “Təzə Pir” məscidində vida mərasimi keçirildi

Çingiz Əlioğlu ilə “Təzə Pir” məscidində vida mərasimi keçirilib

Xeberhub.com xəbər verir ki, Əməkdar incəsənət xadimi, tanınmış şair Çingiz Əlioğlu ilə “Təzə Pir” məscidində vida mərasimi keçirilib.

Kult.az-ın məlumatına görə, mərasimdə Mədəniyyət Nazirliyinin nümayəndələri, ədəbi-mədəni ictimaiyyətin tanınmış simaları, mərhumun ailə üzvləri və media nümayəndələri iştirak ediblər.

Vida mərasimində çıxış edənlər Çingiz Əlioğlunun Azərbaycan ədəbiyyatına və ictimai-mədəni həyatına verdiyi töhfələrdən söz açıblar.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov şairin 50 illik ədəbi fəaliyyətinin gələcəkdə ciddi araşdırmalar üçün mühüm mənbə olacağını bildirib.

Xalq yazıçısı Anar Çingiz Əlioğlu ilə uzun illər davam edən dostluq münasibətlərindən danışıb və onun vəfatını Azərbaycan ədəbiyyatı üçün böyük itki kimi qiymətləndirib.

Yazıçı Seyran Səxavət isə mərhum şairin özünəməxsus poetik düşüncəyə sahib olduğunu vurğulayıb.

Mərasimin sonunda Çingiz Əlioğlunun oğlu, kinoprodüser və rejissor Orman Əliyev iştirakçılara təşəkkürünü bildirib.

Qeyd edək ki, Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu ötən gün səhər saatlarında vəfat edib. O, “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

A

Oxşar Xəbərlər