SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Mədəniyyət

Bu gün şəhid Xudayar Yusifzadənin doğum günüdür

👤 📅 👁 10 baxış ⏱ 2 dəq oxuma
Bu gün şəhid Xudayar Yusifzadənin doğum günüdür

Xeberhub.com xəbər verir ki, iyulun 15-i Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin doğum günüdür.

1998-ci ildə Bərdə şəhərində anadan olan Xudayar Yusifzadə 2004–2015-ci illərdə Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb. O, 2016–2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib, daha sonra isə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında gizir kimi xidmətini davam etdirib.

2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra könüllü olaraq cəbhəyə yollanmaq üçün müraciət edən Xudayar Yusifzadə Vətən müharibəsində Füzuli, Cəbrayıl və Zəngilan istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

O, 2020-ci il oktyabrın 22-də Zəngilan rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub və Bərdə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Prezident İlham Əliyevin sərəncamları ilə Xudayar Yusifzadə ölümündən sonra "Vətən uğrunda", "Zəngilanın azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Şəhidin adı xüsusilə Əliağa Vahidin sözlərinə yazılmış və Əlibaba Məmmədovun bəstələdiyi "Vətən yaxşıdır" təsnifini ifa etməsi ilə yadda qalıb. Şəhid olmasından iki gün əvvəl lentə alınan həmin video qısa müddətdə geniş yayılıb və xalq arasında "Xudayar təsnifi" kimi tanınıb.

https://baku.tv/embed/266958
A

Oxşar Xəbərlər

Şərhlər (0)

Şərh yazın